Yuxarı
    Bağlamaq

    Gömrük Komitəsinin rəsmisi sahibkarların iddiasını məntiqsiz adlandırıb

    Səfər Mehdiyev: Boş konteynerlərə invoysun tələb olunması ilə bağlı iddialar məntiqsizdir

    Bakı. 26 yanvar. REPORT.AZ/ "Boş konteynerlərə "invoys"un tələb olunması ilə bağlı sahibkarların qaldırdığı iddia məntiqsizdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini Səfər Mehdiyev deyib.

    S.Mehdiyevin sözlərinə görə, boş konteynerlərə görə "invoys" tələb edilə bilməz: "Əgər boş konteynerə görə vergi-rüsum ödənilmirsə, nəyə görə invoys tələb olunmalıdır?!"

    Qurum rəsmisi sahibkarların laboratoriya yoxlamaları ilə bağlı narahatlıqlarına da aydınlıq gətirib: "Laboratoriya yoxlamaları bütün dünyada baş verən prosesdir. Ərzaq məhsullarının yoxlanılması labüddür. Bütün məhsul yoxlanılmır, sadəcə hər məhsuldan bir hissə yoxlanılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi