Bakı. 26 yanvar. REPORT.AZ/ "Boş konteynerlərə "invoys"un tələb olunması ilə bağlı sahibkarların qaldırdığı iddia məntiqsizdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, boş konteynerlərə görə "invoys" tələb edilə bilməz: "Əgər boş konteynerə görə vergi-rüsum ödənilmirsə, nəyə görə invoys tələb olunmalıdır?!"
Qurum rəsmisi sahibkarların laboratoriya yoxlamaları ilə bağlı narahatlıqlarına da aydınlıq gətirib: "Laboratoriya yoxlamaları bütün dünyada baş verən prosesdir. Ərzaq məhsullarının yoxlanılması labüddür. Bütün məhsul yoxlanılmır, sadəcə hər məhsuldan bir hissə yoxlanılır".