Yuxarı

​Gömrük Komitəsində BMT ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

A.Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən danışıb

Bakı. 24 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BMT-nin təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (İP) rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a DGK Mətbuat Xidmətindən məlumat verilib.

A.Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib, eləcə də son dövrlər gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıbş, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına inandığını deyib.

Görüşdə kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən danışılıb, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi