Yuxarı
    Bağlamaq

    Fövqəladə Hallar Nazirliyi və 2 səhmdar cəmiyyət Strateji Yol Xəritələri üzrə fəaliyyət göstərməyib

    Onların ilin sonuna qədər vaxtı var© Report

    Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi üçün 47 dövlət qurumu cavabdehdir. Öhdəlikləri onlardan ikisi 100%, 16-sı 50%, 20-i isə 50%-dən aşağı yerinə yetirib".

    "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

    Onun sözlərinə görə, 3 dövlət qurumu, ümumiyyətlə, bu istiqamətdə fəaliyyətə başlamayıb: "Bu ilin ilk yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Azəravtoyol" ASC-lər, Fövqəladə Hallar Nazirliyi Strateji Yol Xəritələrinin icra edilməsi üçün fəaliyyət göstərməyib. İlin sonuna qədər onların vaxtı var və düşünürük ki, bu müddətdə hansısa işlər görəcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi