Fövqəladə Hallar Nazirliyi və 2 səhmdar cəmiyyət Strateji Yol Xəritələri üzrə fəaliyyət göstərməyib

Fövqəladə Hallar Nazirliyi və 2 səhmdar cəmiyyət Strateji Yol Xəritələri üzrə fəaliyyət göstərməyib Onların ilin sonuna qədər vaxtı var
Biznes
2 Oktyabr , 2017 16:46
Fövqəladə Hallar Nazirliyi və 2 səhmdar cəmiyyət Strateji Yol Xəritələri üzrə fəaliyyət göstərməyib
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi üçün 47 dövlət qurumu cavabdehdir. Öhdəlikləri onlardan ikisi 100%, 16-sı 50%, 20-i isə 50%-dən aşağı yerinə yetirib".

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, 3 dövlət qurumu, ümumiyyətlə, bu istiqamətdə fəaliyyətə başlamayıb: "Bu ilin ilk yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Azəravtoyol" ASC-lər, Fövqəladə Hallar Nazirliyi Strateji Yol Xəritələrinin icra edilməsi üçün fəaliyyət göstərməyib. İlin sonuna qədər onların vaxtı var və düşünürük ki, bu müddətdə hansısa işlər görəcəklər".

Son xəbərlər

Orphus sistemi