Yuxarı

"Fitch" Böyük Britaniyanın reytinqini aşağı salıb

Fitch beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini aşağı salıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb.

"Report" xəbər verir ki, agentliyin məlumatında kredit reytinqinin "AA+"dən "AA" səviyyəsinə düşdüyü göstərilib.

Buna səbəb kimi isə Böyük Britaniyanda Avropa İttifaqından çıxış üzrə keçirilmiş referendumun nəticələri göstərilib. Belə ki, "Brexit" milli iqtisadiyyata mənfi təsir göstərə bilər.

"Fitch", həmçinin 2016-cı ildə Böyük Britaniyada ÜDM-in artım proqnozunu 1,9 fazidən 1,6 faizədək azaltmağı qərara alıb. Agentliyin hesablamalarına görə, 2017-2018-ci illərdə iqtisadiyyat 0,9% ilə artacaq (əvvəllər 2% artım olacağı gözlənilirdi - red.). "Fitch" bu rəqəmlərin Aİ-yə ixracatın azalmasına təsir göstərə biləcəyini hesab edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi