Yuxarı
    Bağlamaq

    ​Ədliyyə Nazirliyi tender keçirir

    Tender çərçivəsində dərman preparatları, laboratoriya reaktivləri, cərrahi, stomatoloji, dezinfeksiya materiallarının alınması nəzərdə tutulur

    Bakı. 6 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi üç lot üzrə açıq tender elan edib. "Report xəbər verir ki, tender təkliflərinin son qəbul tarixi fevralın 9-u müəyyən edilib.

    Məlumata görə, tenderin birinci lotu üzrə dərman preparatları və sarğı materialları, lot-2 üzrə laboratoriya reaktivləri, lot-3 üzrə isə rentgen plyonkaları, cərrahi, stomatoloji, dezinfeksiya edici və digər istismar materiallarının alınması nəzərdə tutulur.

    Müsabiqədə iştirak etmək istəyən iddiaçılar ilkin sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) fevralın 2-dək Tender Komissiyasına təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi