​Ədliyyə Nazirliyi tender keçirir

​Ədliyyə Nazirliyi tender keçirir Tender çərçivəsində dərman preparatları, laboratoriya reaktivləri, cərrahi, stomatoloji, dezinfeksiya materiallarının alınması nəzərdə tutulur
Biznes
6 Yanvar , 2016 16:25
​Ədliyyə Nazirliyi tender keçirir

Bakı. 6 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi üç lot üzrə açıq tender elan edib. "Report xəbər verir ki, tender təkliflərinin son qəbul tarixi fevralın 9-u müəyyən edilib.

Məlumata görə, tenderin birinci lotu üzrə dərman preparatları və sarğı materialları, lot-2 üzrə laboratoriya reaktivləri, lot-3 üzrə isə rentgen plyonkaları, cərrahi, stomatoloji, dezinfeksiya edici və digər istismar materiallarının alınması nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar ilkin sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) fevralın 2-dək Tender Komissiyasına təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi