Yuxarı

​Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Bakı. 18 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mayın 22-də saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul zamanı bölgədəki rayonların - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 21-i saat 11:00-dək Komitənin “192” Çağrı Mərkəzi və (012) 404-22-00 nömrəli telefona, yaxud (023) 325-34-40 nömrəsi ilə Xaçmaz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi