Yuxarı

​Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub

Bakı. 23 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyunun 23-də Gədəbəydə rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşlarla görüşüb.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.

Görüş zamanı DGK sədri Aydın Əliyev vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi