Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb Bakı. 14 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (WCO) Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Biznes
14 Yanvar , 2019 10:34
Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev / Report/ Firi Salim

Bakı. 14 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (WCO) Baş katibi Kunio Mikuriya ilə görüşüb. 

"Report" xəbər verir ki, görüş WCO rəsmisinin Azərbaycana səfəri çərçivəsində baş tutub. 

S.Mehdiyev qonağa deyib ki, Azərbaycan regionda ilk dəfə beynəlxalq yükdaşımalarda elektron məlumatların ötürülməsi layuhəsinə qoşulub və regionda bu sahədə pilot layihə həyata keçirmiş ilk ölkə olub. 

Bundan başqa, komitə sədri indiyə qədər Azərbaycanda bir neçə beynəlxalq əhəmiyyətli tədbirin keçirildiyini, bu il də bir neçə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

K.Mikuriya isə Azərbaycanın gömrük sahəsində atdığı addımları təqdir etdiklərini deyib: "Azərbaycan gömrük xidmətinin cəmi 27 yaşı olmasına baxmayaraq çox uğurlu işlər görüb. Gənc olmağına baxmayaraq gömrük xidmətinizin atdığı addımlar WCO-da üzv ölkələr üçün nümunədir. Azərbaycan tranzit əhəmiyyətli ölkə olduğu üçün tranzit yüklərin daşınması sahəsində də atdığınız addımları izləyir və dəstəkləyirik".

Son xəbərlər

Orphus sistemi