DGK-də şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib

DGK-də şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib Komitə sədri Aydın Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması barədə tapşırıq və tövsiyələr verib
Biznes
23 Sentyabr , 2017 18:00
DGK-də şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib
customs.gov.az

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) komitənin qurumlarında şəxsi heyətlə işin gücləndirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib. 

Bu barədə “Report”a DGK-dən məlumat verilib.

Məlumata görə, iclası giriş sözü ilə açan komitə sədri Aydın Əliyev deyib ki, iclası keçirməkdə məqsəd şəxsi heyətin işi ilə bağlı mövcud problemləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov isə bildirib ki, idarənin iş planına əsasən gömrük orqanları və digər qurumlarının fəaliyyətində müvafiq qanunvericiliyin, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi sahəsində konkret tədbirlər həyata keçirilib, gömrük orqanları və digər qurumlarının, o cümlədən, şəxsi heyətin təhlükəsizliyinin təmin olunması, bu sahədə idarənin funksiyalarının daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülüb: “Cari ilin ötən dövrü ərzində idarəyə daxil olan materiallara dair xidməti araşdırmalar aparılıb, vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər operativ şəkildə araşdırılıb və bu barədə vətəndaşlara müvafiq cavab verilib. Daxil olmuş müraciətlər üzrə və yoxlamaların nəticələri əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilən xidməti pozuntulara yol verdiklərinə görə idarə tərəfindən 107 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

DGK sədrinin müavini Şahin Bağırov isə gömrük nəzarətinin təşkili, gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində gömrük əməkdaşlarının fəaliyyətinin effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb. 

Sonda A.Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması, qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi