Çinin XİN başçısı Gürcüstanda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafını müzakirə edəcək

Çinin XİN başçısı Gürcüstanda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafını müzakirə edəcək Mayın 23-də Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilk rəsmi səfərlə Gürcüstanda olacaq.
Biznes
22 May , 2019 19:03
Çinin XİN başçısı Gürcüstanda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafını müzakirə edəcək

Mayın 23-də Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilk rəsmi səfərlə Gürcüstanda olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçısı səfər çərçivəsində gürcü həmkarı David Zalkaliani ilə görüş keçirəcək. Tərəflər ticari-iqtisadi əlaqələr daxil olmaqla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə “Bir kəmər, bir yol” beynəlxalq təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq.

Van İ həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze ilə də görüşəcək. 

Son xəbərlər

Orphus sistemi