Yuxarı
    Bağlamaq

    Çingiz Abdullayev “TellMann” tok-şousunun ilk qonağı olub

    © Report — Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev

    Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı, Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev “TellMann” tok-şousunun ilk qonağı olub. 

    Bu barədə “Report”a “Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru, eyni zamanda "TellMann" tok-şousunun müəllifi və aparıcısı Telman Əliyev məlumat verib.

    Onun sözlərinə görə, “Caspian European Club” "Narimanfilm" kinostudiyası ilə birgə “Gate 25”in iştirakı ilə “TellMann” tok-şousunun hazırlanmasına başlayıb.

    T.Əliyev bildirib ki, tok-şou ilk mərhələdə həftədə bir dəfə TELLMANN MEDIA "Youtube" kanalında yayımlanacaq, həmçinin www.azcinemaonline.comwww.caspianenergy.tv-də yer alacaq.

    “Tok-şounun adı ingilis dilində Tell - danışmaq və Man – insan, kişi sözlərindən götürülüb. "TellMann" tok-şousunun qonaqları yaradıcı ziyalılar, siyasi xadimlər, dövlət məmurları, tanınmış iqtisadi və siyasi ekspertlər, nəhəng transmilli, dövlət və özəl şirkət rəhbərləri olacaq”, - deyə Telman Əliyev bildirib.

    O həmçinin əlavə edib ki, “TellMann” tok-şousu rusdilli auditoriya üçün nəzərdə tutulub və ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müsbət siyasi, iqtisadi və sosial prosesləri, həmçinin dünya ictimaiyyəti nümayəndələrinin bu proseslərə münasibətini birinci şəxslərin dilindən eşitmək üçün əlavə informasiya mənbəyi rolunu oynamaq məqsədi daşıyır. Tok-şouda əsas diqqət Azərbaycanın ərazi bütövlüyü mövzusuna, milli mətbəx, adət və ənənələrə yönəldiləcək.

    “Narimanfilm”in baş direktoru Nəriman Məmmədov kinostudiyanın artıq bir neçə ildir ki, "Caspian European Club"un üzvü olduğunu və həmçinin Klubun bütün layihələrində fəal iştirak etdiyini qeyd edib.

    “Biz "Caspian European Club"un birgə layihələrində və yeni "TellMann" tok-şousu çərçivəsində fəal iştirak etməkdən məmnunuq. Belə ki, bizim missiyamız Azərbaycanın biznes ictimaiyyətinə keyfiyyətli, xüsusi çəkiyə malik xidmət, etibarlı, peşəkar və müştəriyə göstərilən xidmətin səviyyəsinə görə rəqibi olmayan texniki dəstək göstərməkdən ibarət olduğu üçün gələcəkdə "Caspian European Club" ilə birgə bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq ki, onlardan birincisi yeni "TellMann" tok-şousudur”, - deyə o qeyd edib.

    Nəriman Məmmədov tok-şounun yaxın vaxtlarda təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda populyarlıq və uğur qazanacağına ümid etdiyini söyləyib.

    “Tok-şounun partnyoru olaraq biz də öz növbəmizdə bu layihənin yüksək səviyyədə həyata keşirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə N.Məmmədov çıxışına yekun vurub.

    “TellMann” tok-şousunun yaradıcı kollektivi sponsor, partnyor və ya reklamverən qismində bu layihədə iştirak etmək niyyətində olan bütün şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

    "TellMann" tok-şousunun musiqisi eksklüziv olaraq veriliş üçün yazılıb və musiqiçi Mayk Allanın (Mike Allan) “Tell me TellMann” kompozisiyasının bir parçasıdır. "TellMann" qeydiyyatdan keçmiş ticarət markasıdır.

    Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

    Video müsahibəni https://www.youtube.com/watch?v=wu7tOUz2Bj0 linki vasitəsilə izləyə bilərsiniz. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi