Çin şirkətləri Azərbaycana 800 mln.dollardan çox investisiya yatırıblar

Çin şirkətləri Azərbaycana 800 mln.dollardan çox investisiya yatırıblar Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.
Biznes
1 Mart , 2019 16:58
Çin şirkətləri Azərbaycana 800 mln.dollardan çox investisiya yatırıblar

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, komissiyanın sonuncu iclasından keçən dövr ərzində görülən işlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bildirilib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür.

Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 mln ABŞ dollarından çox investisiya yatırıblar. İclasın sonunda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydon imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə sənaye, kənd təsərrüfatı, tranzit-logistika, ticarət, investisiya, İKT, maliyyə, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi