Rüfət Məmmədov: "Bu gün Azərbaycan və Çexiya arasında birgə müəssisələrin yaradılması sahəsində böyük imkanlar mövcuddur"

Rüfət Məmmədov: "Bu gün Azərbaycan və Çexiya arasında birgə müəssisələrin yaradılması sahəsində böyük imkanlar mövcuddur" Azərbaycan və Çexiya arasında 2018-ci il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 57% artıb və 1 mlrd. ABŞ dollarını keçib.
Biznes
16 May , 2019 15:53
Rüfət Məmmədov: Bu gün Azərbaycan və Çexiya arasında birgə müəssisələrin yaradılması sahəsində böyük imkanlar mövcuddur

Azərbaycan və Çexiya arasında 2018-ci il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 57% artıb və 1 mlrd. ABŞ dollarını keçib.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 30-dan çox sənəd imzalanıb. "Bu sənədlərdən biri investisiyaların təşviqi və qorunması, digəri isə iki ölkə arasında ikiqat vergitutmanın ləğv edilməsi ilə bağlıdır”, - R.Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan və Çexiya istər iqtisadi, istərsə də siyasi sahələrdə tərəfdaş ölkələrdir: “Bu gün Azərbaycan və Çexiya arasında birgə müəssisələrin yaradılması sahəsində böyük imkanlar mövcuddur. Hazırda Azərbaycanda 26 çex şirkəti fəaliyyət göstərir”.

Nazir müavini vurğulayıb ki, bu günə qədər Çexiya Azərbaycana 33,5 mln. dollar həcmində investisiya yatırıb. Azərbaycan Çexiya iqtisadiyyatına isə 50 mln. dollara yaxın investisiya yatırıb. Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollar olan layihələrdə iştirak ediblər. Çexiyanın Cənubi Qafqazda yatırım etdiyi investisiyaların 88%-i Azərbaycanın payına düşür”.

Nazir müavini Azərbaycan iqtisadiyyatından geniş məlumat verib və ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. O qeyd edib ki, iki ölkə arasında sənaye, energetika və kənd təsərrüfatı sahələrində birgə müəssisələrinin nyaradılmasdına dəvət edib.

Son xəbərlər

Orphus sistemi