​Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni sənədlərin imzalanmasında maraqlıdır

​Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni sənədlərin imzalanmasında maraqlıdır Xüsusilə də Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın Konfederasiya üçün olduqca əhəmiyyətli olduğu açıqlanıb
Biznes
31 Avqust , 2015 17:45
​Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni sənədlərin imzalanmasında maraqlıdır

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru Dmitrina Dimitrova ilə görüşüb. Bu barədə "Report"a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı gələcəkdə hər iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə xüsusi diqqət çəkilib və bu istiqamətdə geniş müzakirələr aparıldığı deylir.

M.Musayev icra edilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yarandığını, Konfederasiyanın iş planına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini deyib. Xüsusilə də BƏT ilə əməkdaşlıq Konfederasiya üçün olduqca əhəmiyyətli olduğu açıqlanıb. ASK rəhbəri həmçinin ölkədə gənclərin məşğulluğu istiqamətində görülən işlərdən də söhbət açıb.

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru isə Azərbaycana səfərinin əsas məqsədi ikitərəf arasında növbəti illər üçün əməkdaşlıq strategiyasının formalaşdırılmasını müzakirə etmək olduğunu deyib. D.Dimitrova mütəxəssislər tərəfindən hazırlanacaq yeni fəaliyyət istiqamətlərini formalaşdırmaq üçün ASK ilə sıx əməkdaşlıq etməyin önəmindən bəhs edib.

O bildirib ki, hazırlanacaq sənəddə növbəti 4 il ərzində birgə həyata keçiriləcək hədəflər müəyyən edilməlidir. Bu istiqamətdə lazım gəlsə BƏT-in ekspertlərinin təcrübəsindən yararlanmağı tövsiyyə edən qonaq gələcəkdə bunun daha səmərəli işbirliyinə səbəb olacağını da istisna etməyib. BƏT Azərbaycanla, xüsusilə də ASK ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.

D.Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib. ASK ilə əməkdaşlıq əlaqələrindən razı qaldığını dilə gətirən qonaq, bu əlaqələrin gələcəkdə daha da inkişafına zərurət yarandığını bildirib.

Görüşdə həmçinin ASK ilə BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi