Baş nazir: "Gürcüstan region dövlətləri ilə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır"

Baş nazir: "Gürcüstan region dövlətləri ilə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır" O, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan layihələrin əhəmiyyətindən danışıb
Biznes
31 Yanvar , 2018 11:42
Baş nazir: Gürcüstan region dövlətləri ilə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır

Tbilisi. 31 yanvar. REPORT.AZ/ "Gürcüstan dövləti region dövlətləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gürcüstan bunun üçün əlindən gələni edir".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu  Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili olkəsində fəaliyyət göstərən şirkətlərin, biznes strukturların nümayəndələri ilə keçirilən görüşdə söyləyib.

Baş nazir deyib ki, bu həm də regionda sabitliyə, xalqların rifah halının yaxşılaşmasına xidmət edir.

"Biz qonşu dövlətlərlə bir sıra irimiqyaslı layihələr həyata keçiririk. Bu da olkəmizdə kiçik və orta sahibkarlığın inkişafında, sirkətlərin xarici ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayır", - o deyib.

Hokumət başçısının sözlərinə gorə, bu, həm də xarici iş adamlarının Gürcüstanda iqtisadi əlaqələrini genişləndirməsinə imkan yaradır.

Bas nazir Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan layihələrin, Böyük İpək yolunun bərpasının və inkisafının əhəmiyyətini bir daha qeyd edib. O, bu layihələrin region və Avropa ölkələrinin inkişafında, enerji təhlükəsizliyində və ümumilikdə sabitliyin təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi