Yuxarı

Şahin Mustafayev: "Bank sektoru ölkənin qeyri-neft sektoruna kifayət qədər maliyyələşmə həyata keçirmir"

Bank sektoru kifayət qədər maliyyələşmə həyata keçirmir

“Son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi maliyyələşmə ilə bağlı problemlərdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bildirib.

Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq.

“Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir”, - Ş.Mustafayev bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi