Yuxarı
    Bağlamaq

    "Baku Mall"da alış-veriş edənlər hədiyyə və avtomobil qazanmaq şansı əldə edəcək

    Aksiya noyabrın 28-dən martın 7-nə kimi davam edəcək

    Bakı. 30 noyabr. REPORT.AZ/ Noyabrın 28-dən martın 7-nə kimi "Baku Mall" ticarət və əyləncə mərkəzində nağd və ya plastik kartla 10 manatdan yuxarı alış-veriş edənlər bir ədəd lotoreya bileti əldə edəcək.

    "Report" xəbər verir ki, müştərilər həmin lotereya bileti ilə "Baku Mall" Ticarət və Əyləncə Mərkəzində 100-dən çox elektronika məhsulları və qarışıq hədiyyələr qazanacaq, əlavə olaraq super priz olan "Mazda 3" avtomobili qazanmaq şansı əldə edəcəklər. 

    Qeyd edək ki, "Baku Mall" ticarət və əyləncə mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi,183 (Qələbə dairəsi, İnşaatçılar metrosu yaxınlığında) ünvanında yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi