​Bakıda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilir

​Bakıda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilir İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin gömrük xidmətlərinin rəhbərləri iştirak edirlər
Biznes
3 İyun , 2016 10:53
​Bakıda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilir

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Türkidilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gömrük Xidməti rəhbərlərinin V iclasında İpək Yolundakı daşımaların daha da artırılması ilə bağlı məsələlər müzakirə olunacaq. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin gömrük xidmətlərinin rəhbərləri və Əməkdaşlıq Şurasının baş katibi iştirak edir.

“Avqustda Qırğızıstan və Qazaxıstanda işçi qrupunun görüşü keçiriləcək. Hər iki ölkənin Çinlə sərhəd-keçid məntəqlərində baxışlar keçiriləcək və təkilflər veriləcək. Həmçinin, 4 tərəfli protokol da imzalanacaq”, - deyə A.Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi