Bakıda Serbiya Prezidentinin iştirakı ilə işgüzar görüş keçirilib

Bakıda Serbiya Prezidentinin iştirakı ilə işgüzar görüş keçirilib Bakı. 22 may. REPORT.AZ/ Bu gün Bakıda Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.
Biznes
22 May , 2018 12:03
Bakıda Serbiya Prezidentinin iştirakı ilə işgüzar görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Bu gün Bakıda Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə  Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev açaraq iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb: "Ötən gün də iki ölkə arasında bir sıra sənədlər imzalanıb".

Nazir deyib ki, bu günə qədər keçilmiş görüşlər iki ölkə arasında münasibətlərə töhfə verib :"İki ölkə arasında münasibətlər yüksək səviyyədədir".

Serbiya Prezidenti Aleksandr Vuçiç çıxışında deyib ki, Serbiyada biznesmenlər üçün münbit şərait yaradılıb. Prezident iş adamlarını Serbiyaya investisiya qoymağa dəvət edib.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf etməyib: "Yəni bu əlaqələr iki ölkə arasındakı siyasi əlaqələr səviyyəsinə uyğun deyil. Bu baxımdan dünən imzaladığımız sənədlər bizim münasibətlərimiz üçün önəmlidir". 

Son xəbərlər

Orphus sistemi