Yuxarı
    Bağlamaq

    ​Bakıda logistika və ticarət məsələləri müzakirə edilib

    Tədbir Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri sənədi çərçivəsində baş tutub

    Bakı. 29 iyul. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Logistika və ticarət” mövzusunda alt işçi qrupunun toplantısı keçirilib. 

    İİTKM-dən "Report"a verilən məlumata görə, tədbir “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi çərçivəsində baş tutub.

    Toplantıda Prezident Administrasiyası, İİTKM, dövlət orqanları, özəl şirkətlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.

    Bildirilib ki, logistika və ticarət sahəsində strateji baxış rəqabət, iqtisadi təhlükəsizlik və sosial məsələləri əhatə etməlidir. Həmçinin, bu sahənin ÜDM-ə təsiri və yeni iş yerlərinin yaradılması ilə bağlı töhfəsi vurğulanıb. Strateji yol xəitəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində həyata keçirilə bilən təşəbbüslər müzakirə edilib. Xüsusilə, yol xərclərinin azalması, vaxt itkisinin qarşısının alınması, etibarlılığın yüksəldilməsi və əlavə dəyərin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

    Yekunda bütün təkliflər sistemləşdirilərək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi üzrə işçi qrupuna təqdim olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi