Bakıda Azərbaycan-Tacikistan biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Tacikistan biznes-forumu keçirilib Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan və Tacikistanın iş adamlarının iştirakı ilə biznes-forumu keçirilib.
Biznes
10 Avqust , 2018 15:35
Bakıda Azərbaycan-Tacikistan biznes-forumu keçirilib

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan və Tacikistanın iş adamlarının iştirakı ilə biznes-forumu keçirilib.

"Report" xəbər verir ki, tədbiri iqtisadiyyat naziri Şahin Mustafayev açıq elan edib: "Ümid edirik ki, bu gün keçirilən tədbir ikitərəfli münasibətlər aspektindən uğurlu olacaq". 

O, azərbaycanlı sahibkarların Tacikistanda kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsinə maraq göstərdiyini bildirib. 

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nehmatulla Hikmatullazada isə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün potensialın mövcud olduğunu deyib. O, Azərbaycan-Tacikistanın Hökumətlərarası Komissiyası çərçivəsində əməkdaşlığa toxunub və müqavilələrin imzalandığını diqqətə çatdırıb. 

"Tacikistan Azərbaycanın ticarət potensialından istifadə edəcək. Tacikistan almunimu Azərbaycan ərazisindən istifadə etməklə dünya bazarına ötürülə bilər", - deyə o, qeyd edib. 

Daha sonra Tacikistan rəsmisi ölkəsinin imkanları barədə təqdimatla çıxış edib.

Son xəbərlər

Orphus sistemi