Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

    Dinlə
    Tədbirdə 50-yə yaxın şirkət iştirak edir

    Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-İsveçrə biznes forumu işə başlayıb. 

    "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb. 

    O, biznes forumda 50-yə yaxın şirkətin iştirak etdiyini bildirib. 

    "İsveçrə Azərbaycandan qeyri-neft məhsullarının ixracı sahəsində ilk sırada olan ölkələrdəndir.  2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 46% çoxdur. Bu ilin ilk 5 ayında isə idxal-ixrac əməliyyatları illik müqayisədə 82% artıb. O cümlədən Azərbaycandan ixracda 43% artım olub. İsveçrəyə 125 min dollarlıq fındıq ixrac olunub. Azərbaycanda 71 İsveçrə şirkəti dövlət qeydiyyatına alınıb. Onlar ölkə iqtisadiyyatına 730 mln. ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycan isə İsveçrəyə 1,2 mlrd. dollar investisiya qoyub", - deyə nazir qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi