Bakı aeroportunda ​20 min dolları ölkədən çıxarmaq istəyən şəxs saxlanılıb

Bakı aeroportunda ​20 min dolları ölkədən çıxarmaq istəyən şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Biznes
30 İyul , 2016 12:28
Bakı aeroportunda ​20 min dolları ölkədən çıxarmaq istəyən şəxs saxlanılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Baş Gömrük İdarəsinin əməkdaşları təyyarə ilə külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

DGK-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Bakı-Urumçi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən, hərəkətləri gömrük əməkdaşında şübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə, həmin şəxsə çantasının içərisindəki bəyan ediləsi əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20 000 ABŞ dollarının olduğunu bildirib.

Yoxlama zamanı çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinazları olmaqla, cəmi 20 min dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi