Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb

Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb Bakı. 21 avqust. REPORT.AZ/ İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
Biznes
21 Avqust , 2018 09:34
Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 42% artıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. 

"Report" "Financial Tribune" nəşrinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur. 

4 ay ərzində Azərbaycan qonşu ölkədən 184,082 ton qeyri-neft məhsulu alıb. Bu. əsasən polipropilen, boru və kartofdur. 

Əvəzində 21 mart - 21 iyul tarixlərində islam respublikasına Azərbaycandan 4,616 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib ki, bu da illik müqayisədə 28,6% çoxdur. Söhbət 14 572 ton məhsuldan gedir ki, bu da əsasən quşlar üçün yem, metal qırıntıları və sodadır.

Beləliklə, hesabat dövründə iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi 116,44 mln. dollar təşkil edib, bu da 1 il əvvələ nisbətən 42,3% artım deməkdir. 

Müvafiq məhsulların ticarətinə görə, Azərbaycan İranın 16-cı ən iri ticarət tərəfdaşı olub. 

Son xəbərlər

Orphus sistemi