Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3% azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 11,639 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
15 May , 2019 13:55
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 11,639 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.

Dörd aylıq xarici ticarət dövriyyəsinin 7,09 milyard dolları ixracın, 4,549 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,45%, idxal isə 50,3% artıb.

Son nəticədə xarici ticarətdə 2,541 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,2% azdır. 

Son xəbərlər

Orphus sistemi