Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib

Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib Bu ilin yanvar-may aylarında Azərbaycan 3,689 milyon ABŞ dolları dəyərində 580,2 ton çay ixrac edib.
Biznes
19 İyun , 2019 15:11
Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib

Bu ilin yanvar-may aylarında Azərbaycan 3,689 milyon ABŞ dolları dəyərində 580,2 ton çay ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 277 min dollar (7%) və 7,6 ton (1,3%) azdır. 

Bundan başqa, 5 ay ərzində Azərbaycan 19,538 mln dollar dəyərində 5 134 ton çay idxal edib. Bu isə illik müqayisədə müvafiq olaraq 279 min dollar (1,4%) və 144,3 ton (2,9%) çoxdur. 

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,33%-ni təşkil edib. Bununla da, yanvar-may aylarında Azərbaycanın çay idxalı ixracını 8,85 dəfə üstələyib. 

Son xəbərlər

Orphus sistemi