Bakı. 6 may. REPORT.AZ/ İyunun 21-də, saat 12:00-da “Zeytun” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin baş direktoruna istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyinə müəssisənin illik balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Zeytun” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 199 680 manatdır.