Azərbaycanda sahibkarlar üçün də gömrükdə "yaşıl dəhliz" mexanizmi tətbiq olunucaq

Azərbaycanda sahibkarlar üçün də gömrükdə "yaşıl dəhliz" mexanizmi tətbiq olunucaq Artıq bu məsələ ətrafında dövlət qurumları arasında müzakirələr aparılıb
Biznes
4 May , 2016 16:52
Azərbaycanda sahibkarlar üçün də gömrükdə yaşıl dəhliz mexanizmi tətbiq olunucaq

Bakı. 4 may. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığa dəstək məqsədilə xaricdan gətirilən yüklərin “yaşıl dəhliz” vasitəsilə ölkəyə daşınması üçün müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. “Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, bu məsələ ətrafında digər qurumlarla müzakirələr aparılıb: “Dövlət başçısının 4 mart tarixli sərəncamından sonra iki ay ərzində müxtəlif dövlət qurumları ilə birgə normativ aktların layihələrini hazırlayaraq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim etmişik. Artıq müəyyən işlər gedir və yaxın zamanlarda sahibkarlara kömək məqsədilə müxtəlif dəhlizlər, eyni zamanda yüklərin “yaşıl dəhliz” vasitəsilə Azərbaycana gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərar veriləcək”.

Son xəbərlər

Orphus sistemi