Yuxarı
    Bağlamaq

    Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 1,3% artıb

    İstehlak məhsullarının 54%-i fərdi sahibkarlar tərəfindən satılıb

    Bakı. 13 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3% üstələyərək 2,6 mlrd. manata bərabər olub. Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, istehlakçılara 1,3 mlrd. manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7% çox qeyri-ərzaq məhsulları satılıb.

    Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

    Məhsul qruplarının adları Satışdan gəlir (mln. manat) 2016-cı ilin yanvarına nisbətən (%)
    Pərakəndə ticarət dövriyyəsi 2 575,7 101,3
    o cümlədən:
    ərzaq məhsulları, içkilər və tütün məmulatları 1 298,2 100,8
    toxuculuq məhsulları, geyim və ayaqqabılar 450,9 102,1
    elektrik malları və mebel 162,5 101,2
    kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 19,4 101,7
    əczaçılıq və tibbi mallar 36,8 101,9
    avtomobil yanacağı 131,1 99,8
    digər qeyri-ərzaq məhsulları 476,8 102,0

    Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,3%-i elektrik malları və mebel, 5,1%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    Bu ilin yanvar ayında istehlak məhsullarının 12,0%-i hüquqi şəxs statuslu müəssisələr, 54,1%-i fərdi sahibkarlar tərəfindən, 33,9%-i isə bazar və yarmarkalarda satılıb.

    Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi