Yuxarı

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 13% artıb

Elektron ticarət dövriyyəsinin həcmi iki dəfə artaraq 7,2 mln. manata çatıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çox əmtəə satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

“Report” xəbər verir ki, satılmış istehlak mallarının 49,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3%-i qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz bəndi artıb.

Cari ilin 7 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 7,2 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0%-i hüquqi şəxslər, 7,0%-i fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,6%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% artaraq 561,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi