2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək.
“Report” xəbər verir ki, bu barədə Baş Nazir
Tədbirlər Planına əsasən, bu təkliflər İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanacaq.
Bundan əlavə, ilin sonunadək Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb.