Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanacaq

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanacaq 2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək.
Biznes
16 Yanvar , 2020 20:30
Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanacaq

2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək.

“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, bu təkliflər İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanacaq.

Bundan əlavə, ilin sonunadək Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi