Yuxarı

Azərbaycanda "Kia" avtomobillərinin ödənişsiz diaqnostikası keçiriləcək

Ümumi diqanostika və zəmanətdə qeyd olunan nasazlıqlar pulsuz həyata keçiriləcək

Bakı. 20 mart. REPORT.AZ/ Martın 30-dan aprelin 3-dək Azərbaycanda servis-klinik həftəsi çərçivəsində bütün "Kia" avtomobillərinin ümumi diaqnostikası həyata keçiriləcək. 

“Report” xəbər verir ki, avtomobillərin ümumi diqanostika və texniki baxışı pulsuz həyata keçiriləcək. Avtomobildə hər hansı problem olduğu aşkarlanarsa, təmir ödənişli həyata keçiriləcək.

Qeyd edək ki, zəmanəti olan avtomobillərdə zəmanətə aid olan texnki nasazlıqlar ödənişsiz, digərləri isə ödənişli təmir olunacaq.

Müayinə və təmir işlərində “Kia Motors” Korporasiyasının Koreyadan gəlmiş mütəxəssisi iştirak edəcək. Kampaniyadan yararlanmaq istəyən avtomobil sahibləri öncədən qeydiyyatdan keçməlidir, qeydiyyat üçün “Kia Motors”un servis mərkəzinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi