Azərbaycanda "Kia" avtomobillərinin ödənişsiz diaqnostikası keçiriləcək

Azərbaycanda "Kia" avtomobillərinin ödənişsiz diaqnostikası keçiriləcək Ümumi diqanostika və zəmanətdə qeyd olunan nasazlıqlar pulsuz həyata keçiriləcək
Biznes
20 Mart , 2015 17:44
Azərbaycanda Kia avtomobillərinin ödənişsiz diaqnostikası keçiriləcək

Bakı. 20 mart. REPORT.AZ/ Martın 30-dan aprelin 3-dək Azərbaycanda servis-klinik həftəsi çərçivəsində bütün "Kia" avtomobillərinin ümumi diaqnostikası həyata keçiriləcək. 

“Report” xəbər verir ki, avtomobillərin ümumi diqanostika və texniki baxışı pulsuz həyata keçiriləcək. Avtomobildə hər hansı problem olduğu aşkarlanarsa, təmir ödənişli həyata keçiriləcək.

Qeyd edək ki, zəmanəti olan avtomobillərdə zəmanətə aid olan texnki nasazlıqlar ödənişsiz, digərləri isə ödənişli təmir olunacaq.

Müayinə və təmir işlərində “Kia Motors” Korporasiyasının Koreyadan gəlmiş mütəxəssisi iştirak edəcək. Kampaniyadan yararlanmaq istəyən avtomobil sahibləri öncədən qeydiyyatdan keçməlidir, qeydiyyat üçün “Kia Motors”un servis mərkəzinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi