Azərbaycanda gömrük-keçid məntəqələrindən qatarlar dayanmadan keçəcək

Azərbaycanda gömrük-keçid məntəqələrindən qatarlar dayanmadan keçəcək Artıq Yalama dəmir yolu stansiyasında bunun üçün xüsusi avadanlıqlar quraşdırılıb
Biznes
19 Yanvar , 2017 11:27
Azərbaycanda gömrük-keçid məntəqələrindən qatarlar dayanmadan keçəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Yalama dəmir yolu stansiyasında qatarların dayanmadan keçməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb. 

"Report" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib. 

Onun sözlərinə görə, digər stansiyalarda da həmin avadanlıqlar quraşdırılacaq: "Burda bəzi məsələlər var ki, onlar həll edilməlidir. Bilirsiniz ki, qatar o aparatdan keçməsi üçün müəyyən sürətə malik olmalıdır. Hazırda adavanlıqların quraşdırılması üçün danışıqlar başa çatıb və tezliklə istifadəyə veriləcək".

Son xəbərlər

Orphus sistemi