Yuxarı

Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək

Dinlə
© Report — İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət göstərən 20 dövlət müəssisəsindən 18-də beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı işlər aparılıb".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili" mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Bunda başqa, onun sözlərinə görə, dövlət müəssisəslərinə kreditor borclarının üzləşdirilməsini aparmaq tapşırılıb: "Bilirsiniz ki, dövlət müəssisələrinin gəlir və xərclərinin idarə edilməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Baş nazirin I müavininin iştirakı ilə komissiyanın iclası keçirilir, həmçinin Vergilər Nazirliyi bir sıra dövlət müəssisələri ilə birgə nəzarət tədbirləri həyata keçirir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi