​Azərbaycanda dərman idxalçılarına qiyməti maksimum 20% artırmaq icazəsi verilib

​Azərbaycanda dərman idxalçılarına qiyməti maksimum 20% artırmaq icazəsi verilib Eyni tərkibli və müxtəlif adla satılan dərmanların qiymətləri eyni olacaq
Biznes
11 İyun , 2015 12:53
​Azərbaycanda dərman idxalçılarına qiyməti maksimum 20% artırmaq icazəsi verilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda dərman preparatlarının pərakəndə satış qiyməti istehsalçının qiymətini - idxaldan başlayaraq son satışa qədər - maksimum 66% üstələyə bilər. "Report" xəbər verir ki, bunu Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov deyib: "Bu sahədə qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə başlandıqdan sonra dərmanların qiymətində nəzərəçarpacaq dərəcədə ucuzlaşma müşahidə ediləcək".

İ.Məcidovun sözlərinə görə, qiymət tənzimlənməsi zamanı minimum 10 istinad ölkəsi müəyyən edilməlidir: "Qiymətlərin tənzimlənməsi zamanı minimum 10 istinad ölkəsi göstərilməli və qiymətlər ən aşağı olan ölkəyə istinad edilməklə müəyyən edilməlidir. Həmçinin eyni tərkibli və müxtəlif adlar altında satılan dərman vasitələrinin qiymətləri də eyni olacaq".

İ.Məcidov ölkəyə gətirilən dərman vasitələrinin qiymətlərinin artırılması ilə bağlı qaydaların da müəyyən edildiyini deyib: "Ölkəyə dərman idxal edən şəxs, yaxud şirkət dərmanın qiymətini maksimum 20% atıra bilər".

Son xəbərlər

Orphus sistemi