Yuxarı
    Bağlamaq

    Azərbaycanda avtomobillər bahalaşıb

    Ekspert: Maşın bazarında vəziyyət çox gərgindir

    Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın avtomobil bazarında satış qiymətlərinin artım tendensiyası müşahidə olunur. Xüsusilə də, köhnə avtomobillərin qiymətində daha ciddi artım baş verib. Bu barədə "Report"a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

    O deyib ki, bunun səbəbləri məlumdur: "İdxal azalıb, təklif azalıb, təklif məhdudlaşırsa, bazara çıxarmağa maşın yoxdursa, onun qiyməti də artmalıdır. Artım müxtəlif markalar üzrə fərqlidir. Təqribən qiyməti 10 min manatadək olan avtonəqliyyat vasitələrində 500-1 000 manat, 10-20 min manatlıq avtomobillərdə 1 500-2 000 manat artımı var".

    Onun sözlərinə görə, maşın bazarında vəziyyət çox gərgindir: "Xüsusilə də nəzərə alsaq ki, maliyyə bazarında vəziyyət dəyişkəndir. Yəni, manatın dollara qarşı məzənnəsi çox tez-tez dəyişir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar da çətinlik çəkirlər. Təbii ki, onlar həm alıcı qismində çıxış edirlər, əvvəl alıb, sonra satırlar. Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".

    R.Osmanlı gələcəklə bağlı proqnoz verməyin düzgün olmadığını deyib: "Proqnozlar bazarı bərbad vəziyyətə qoyur. Onun üçün də proqnoz verməyin tərəfdarı deyiləm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi