Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir

Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir Azərbaycanda 1 023 İran şirkəti dövlət qeydiyyatından keçib.
Biznes
15 Mart , 2019 12:49
Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim
0 : 00
0 : 00

"Azərbaycanda 1 023 İran şirkəti dövlət qeydiyyatından keçib".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, İran sahibkarları indiyə qədər Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. ABŞ dolların çox pul qoyub. İki ölkə arasında ticarət dövsiyyəsi ötən il 74% artıb.

“Hazırda Astara-Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş hazırda müzakirə mərhələsindədir. Bundan başqa, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə tədbirlər həyata keçirə və üçtərəfli enerji əməkdaşlığını genişləndirə bilərlər”, - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi