Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını artırıb Ət, süd, yağ, şəkər idxalında azalma, meyvə-tərəvəz və buğda idxalında isə artım müşahidə olunub
Biznes
29 Sentyabr , 2015 16:43
Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 3,08% artaraq 2015-ci ilin yanvar-avqust ayları ərzində 656,3 mln. ABŞ dollarına yüksəlib. 

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi 11,13% təşkil edib.

Hesabat dövründə ət, süd, yağ, şəkər idxalında azalma, meyvə-tərəvəz, buğda idxalında isə artım müşahidə olunub. Ət idxalı 9,86% azalaraq 11,977 mln. dollar, süd 11,43% azalaraq 3,9 mln. dollar, kərə yağı 17,83% azalaraq 14,3 mln. dollar, şəkər 31,72% azalaraq 81,1 mln. dollara enib.

Meyvə-tərəvəz 2,5 dəfə artaraq 40,9 mln. dollara, buğda 34,17% artaraq 216,3 mln. dollara yüksəlib.

Qeyd edək ki, hesabat dövründə ticarət dövriyyəsi illik 32,83% azalaraq 14,082 mlrd. dollar, o cümlədən idxal 5,09% artaraq 5,899 mlrd. dollar, ixrac 46,69% azalaraq 8,184 mlrd. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi