Yuxarı
    Bağlamaq

    Azərbaycan yeyinti məhsullarının idxalını 20%-ə çatdırıb

    Yeyinti məhsullarının idxalı illik müqayisədə 21% artıb

    Bakı. 13 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Azərbaycana 298 557,93 min ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub.

    "Report"un Dövlət Gömrük Komitəsinin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında 20,80% artım qeydə alınıb.

    Hesabat dövründə ət idxalı 2,1 dəfə artaraq 11 308,16 min dollar, süd 76% artaraq 2 662,35 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 30% artaraq 13 504,97 min dollar, çay 12,4% artaraq 10 175,02 min dollar, şəkər idxalı 2 dəfəyə yaxın artaraq 37 579,99 min dollara çatıb. Bu müddətdə meyvə-tərəvəz idxalında isə azalma müşahidə olunub. Belə ki, meyvə-tərəvəz idxalı illik müqayisədə 4,11% azalaraq cari ilin yanvar-mart ayları ərzində 41 309,23 min dollar, buğda idxalı 2,58% azalaraq 38 224,96 min dollar təşkil edib.

    Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 13,54%-dən 19,74%-ə yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi