Azərbaycan yeyinti məhsulları idxalını azaldıb

Azərbaycan yeyinti məhsulları idxalını azaldıb Bununla yanaşı, meyvə-tərəvəz və buğda idxalında artım müşahidə olunub
Biznes
18 Noyabr , 2015 12:09
Azərbaycan yeyinti məhsulları idxalını azaldıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı azalıb, idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,84% və ya 49,2 mln. dollar azalaraq 793,6 mln. ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları ölkə üzrə cəmi idxalın 10,67%-nə bərabər olub.

Yeyinti məhsullarının strukturunda ət idxalı 4,12% azalaraq 15,1 mln. dollar, süd 12,56% azalaraq 4,7 mln. dollar, kərə yağı 13,17% azalaraq 18,3 mln. dollar, şəkər 39,86% azalaraq 96,7 mln. dollara enib. Əksinə, meyvə-tərəvəz və buğda idxalında artım müşahidə olunub. Buğda idxalı 13,13% artaraq 258,5 mln. dollar, meyvə-tərəvəz idxalı isə 2,4 dəfə artaraq 46,3 mln. dollara çatıb.

Qeyd edək ki, idxalın 24,86%-i və ya 1 849,5 mln. dolları maşın, mexanizm, elektrik aparatları, avadanlıq və onun hissələrinin payına düşüb. Hesabata əsasən, bu məhsulların idxalında da ötən ilin eyni dövrü ilə müqayisədə 10,11% azalma qeydə alınıb. İdxalın 17,69%-i və ya 1 316 mln. dollarını əhatə edən qara metallar və ondan hazırlanan məhsulların idxalı isə illik müqayisədə 70,2% artıb.

Son xəbərlər

Orphus sistemi