Azərbaycan və Özbəkistan gömrükçülərinin görüşü olub

Azərbaycan və Özbəkistan gömrükçülərinin görüşü olub Görüş Bakıda, Dövlət Gömrük Komitəsində baş tutub
Biznes
10 Avqust , 2017 09:51
Azərbaycan və Özbəkistan gömrükçülərinin görüşü olub
Customs.gov.az

Bakı. 10 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsində (DGK) Özbəkistan Respublikasının Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu və hər iki ölkənin gömrük orqanlarının bu münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, yaxın vaxtlarda Özbəkistanda mobil cihazların İMEİ kodlar əsasında qeydiyyata alınması prosesi həyata keçiriləcək və səfərin məqsədi də bu sahədə mühüm addımlar ataraq təqdirəlayiq nailiyyətlər əldə edən Azərbaycan təcrübəsini öyrənməkdir. Nümayəndə heyətinə texniki və təşkilati-hüquqi məsələlər, bu sahəyə cavabdeh olan müvafiq qurumlar arasında əməkdaşlığın təşkili barədə ətraflı məlumat verilib.

Daha sonra DGK-nın "Hədəf" mərkəzi ilə tanış olan nümayəndə heyətinə Azərbaycan gömrüyünün Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), "Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi" (TRS), "Bir pəncərə", "Yaşıl dəhliz" və digər innovasiya layihələri barədə məlumat verilib, nümayəndə heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi