Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. dolları ötüb

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. dolları ötüb Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. 140 min dollar təşkil edib.
Biznes
20 May , 2019 12:23
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. dolları ötüb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 362 mln. 140 min dollar təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 9,4% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-aprel aylarında Gürcüstanın Azərbaycana ixracı 126 mln. 337,8 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 5% artım olub. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İlin ilk dörd ayında Gürcüstan Azərbaycandan 235 mln. 802,2 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 2,6% artıb. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 8,4% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan dördüncü əsas idxal tərəfdaşı olub.

Yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 mlrd. 859,6 min dollar təşkil edib. İllik müqayisədə bu göstəricidə 2,3% artım qeydə alınıb. Ölkənin ixracı 1 mlrd. 133,4 min. dollar (+17,9%), idxalı isə 2 mlrd. 726,2 mln. dollar (-3,1%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi