Yuxarı

​Azərbaycan-Rusiya sərhədində 14 min siqaret tutulub

Faktla bağlı araşdırma aparılır

Bakı. 4 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. "Report" xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.

Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin salonunda 14 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi