Bakı. 4 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. "Report" xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.
Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin salonunda 14 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
