Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24% artırıb

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24% artırıb Bakı. 21 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiya ilə 919,285 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
21 İyun , 2018 11:06
Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24% artırıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiya ilə 919,285 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur. 

Ticarət dövriyyəsinin 250,143 mln. dolları ixracın, 669,142 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,9%, idxal isə 23,3% artıb. 

Hesabat dövründə Rusiyaya ixracın ümumi ixracda payı 4,53%-dən 3,39%-ə, Rusiyadan ixdalın ümumi idxalda payı isə 19,26%-dən 17,36%-ə düşüb. 

Son xəbərlər

Orphus sistemi